Dünya
Putinin Ukraynaya hücum planı hazırdır
“Ukraynaya hücum planı tamamilə hazırdır. Müxtəlif variantlar var”.
Publika.az “obozrevatel.com” saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı İlya Ponomaryov deyib.
Amma rusiyalı deputatın sözlərinə görə, hücum planlarının həyata keçirilib-keçirilməyəcəyi bir çox amillərdən asılı olacaq: “Rusiya prezidenti Vladimir Putin hadisələrin inkişafını izləyəcək. O, geostrateji vəziyyəti, Ukrayna və Qərblə münasibətləri qiymətləndirəcək. Bundan başqa, 2016-cı ildə parlament, 2018-ci ildə prezident seçkiləri keçirilməlidir. Yəni onlarla amil mövcuddur və bunlar Putinin qərarına təsir edəcək”.
İlya Ponomaryov qeyd edib ki, Ukraynanın Xarkov və Odessa vilayətlərinin tutulacağı halda, Rusiyada NATO ilə silahlı qarşıdurma planları mövcuddur.
“Hətta Baltikyanı ölkələrdə NATO ilə hərbi qarşıdurma, həmçinin Krım, Odessa və Dnerstryanı əraziyə uzadılması nəzərdə tutulan quru dəhlizi planı var. Rusiyanın Xarkovla bağlı da planları mövcuddur. Amma demək çətindir ki, Rusiya bu planlardan hansını həyata keçirmək istəyəcək”, - o qeyd edib.
Ponomaryov daha əvvəl bildirib ki, Putində qələbə ssenarisi yoxdur.
Ömər Dağlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!