PKK və İŞİD əməliyyatlarının son tarixi açıqlandı
Bizi izləyin

Dünya

PKK və İŞİD əməliyyatlarının son tarixi açıqlandı

“PKK terror təşkilatının bütün sığınacaqları yerlə bir edilib”.

Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu “Terrora qarşı vətəndaş təşəbbüsü” adlı toplantıda deyib.

KCK-nin (PKK-ın şəhər təşkilatlanması) atəşkəsi iyulun 11-də bitirdiyini deyən baş nazir qeyd edib ki, hökumətin qurulması ilə bağlı görüşlərin davam etdiyi bir vaxtda Türkiyəni hədəfə çevirdilər: “Türkiyə bir anda İŞİD, PKK və DHKP-C terror təşkilatlarının hədəfi oldu. PKK ilə DHKP-C arasındakı əməkdaşlığı onsuz da bilirik. Hücumlara cavab verməsəydik, bu gün ölkəmizdə pessimizm hakim olardı”.

Hücumların hədəfinin demokratiya, ictimai sabitlik və Türkiyənin beynəlxalq etibarının olduğunu deyən Davudoğlu qeyd edib ki, PKK silahı yerə qoyana və sərhədlər İŞİD-dən təmizlənənə qədər əməliyyatlar davam edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm