XXI əsrin müharibəsi - Ordu və kəşfiyyata ehtiyac qalmır
Bizi izləyin

Dünya

XXI əsrin müharibəsi - Ordu və kəşfiyyata ehtiyac qalmır

Putin Krıma “üzə çıxan müharibə” taktikasını gətirdi

“Putin Krıma soxulmaqla daha az təhlükəli müharibənin aparılmasının yeni taktikasını sınaqdan keçirdi”.

Publika.Az –ın verdiyi xəbərə görə, bu sözlər “The Washington Post” qəzetinin Rusiyanın Krıma müdaxiləsi ilə bağlı dərc etdiyi yazısında yer alıb.

Qəzet yazır ki, Rusiya prezidenti Vladimir Putin XXI əsr müharibəsinin aparılmasının yeni metodlarını irəli sürdü:“Putin 2008-ci ilin avqust ayında Gürcüstana soxulmazdan əvvəl ənənəvi olaraq hərbi texnikanın yerləşdirilməsinə xeyli vaxt sərf etdi. Krımda isə Putin “üzə çıxan müharibə” taktikasını sınaqdan keçirdi: Sürətli və üstüörtülü. Çox güman ki, bu müharibə taktikasından gələcəkdə də geniş istifadə ediləcək”.

“The Washington Post” qeyd edir ki, gözlənilmədiyi halda ortaya gizli bir ordu çıxdı:“Fərqləndirici nişanları olmayan hərbçilər xaosun yaradılmasına və küçə mübarizələrinin aparılmasına yaxşı hazırlanmışdılar. Putin iddia edir ki, bu hərbçiləri o göndərməyib. Gizli üzlər, gizli komandanlıq və gizli əmrlər şübhəsiz ki, dövlət maraqlarının qorunmasına hesablanıb. Aşkar liderin olmaması beynəlxalq cəmiyyətin cavab tədbirlərinə maneə olur. Axı anlaşılmaz qalır ki, atəşin dayandırılması üçün kimlərlə danışıqlar aparmaq lazımdır. Bundan başqa, əgər silahlı toqquşmalar başlayacaqsa, onları dayandırmaq son dərəcə çətin olacaq”.

“Putinin yaxın vaxtlardakı hərəkətləri onu göstərir ki, ənənəvi ordu və kəşfiyyat əsas silah olmaqdan çıxıb. Qərb hələ ki Rusiyaya necə cavab verəcəyini düşünür. Putin ehtimal ki, artıq növbəti mərhələyə keçir və hansı beynəlxalq protokolların onun hərəkətlərinə bəraət qazandıra biləcəyini aydınlaşdırmağa çalışır. Onun bu taktikasını başqa yerlərdə də tətbiq edilməsini görmək mümkün olacaq”, - qəzet sonda bildirir.

Qeyd edək ki, əslində bu taktikanı Putin özü kəşf etməyib. Ərəb baharı zamanı Liviya, Misir və Suriyada, hətta Malidə Qərb bu taktiakdan uğurla istifadə edib. Rusiya isə həmin taktikanı yüksək peşəkarlıqla Krımda tətbiq etdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm