Qulaqları ilə təyyarəni çəkib dünya rekorduna imza atdı - FOTOLAR
Bizi izləyin

Dünya

Qulaqları ilə təyyarəni çəkib dünya rekorduna imza atdı - FOTOLAR

Anqolada yaşayan “Dəmir adam” ləqəbli Manjeb Sinkx Ginnesin “Rekordlar” kitabının ən görkəmli üzvü kimi tarixə düşüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, ümumilikdə 30 dünya rekorduna imza atıb. Bu rekordlar arasında sərnişin avtobusunu saçı ilə dartıb çəkmək, qulaqları ilə 86 kiloqramlıq yükü qaldırmaq, hətta qulağı ilə kiçik təyyarən çəkmək kimi inanılmaz uğurlar var.

Maraqlı cəhət burasındadır ki, onun 57 yaşı var. Manjeb Sinkx qulaqları, saçı və digər orqanları ilə ən ağır daşıya bilir. Qeyd edək ki, onun haqqında sənədli filmin çəkilişlərinə başlanılıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm