Türkiyə 30 F-16 ilə PKK düşərgələrini bombaladı – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Türkiyə 30 F-16 ilə PKK düşərgələrini bombaladı – SON DƏQİQƏ

Türkiyə Silahlı Qüvvələri Şimali İraqda PKK terror təşkilatının düşərgələrinə qarşı növbəti əməliyyat keçirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatda 30 təyyarə iştirak edib.

Diyarbəkr 2-ci Hava Qüvvələri Komandirliyinin 8-ci əsas təyyarə bazasından qalxan 30 F-16 PKK-nın Kandil, Zap, Metina, Hakurk və Haftanindəki düşərgə və sığınacaqlarını bombalayıb. Əməliyyata Diyarbəkrdəki 181-ci hava bazasına aid 2 tanker təyyarəsi də dəstək verib.

Əməliyyata PKK tərəfindən şəhid edilən hərbçi Hamza Yıldırımın adı verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm