Dünya
İsrail məhbusları məcburən yedizdirəcək
İsrail parlamenti (Knesset) fələstinli məhbusların məcburi şəkildə qidalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 46, əleyhinə isə 40 deputat səs verib.
Qanuna görə, həbsxana rəsmiləri aclıq aksiyasını keçirən məhbusların məcburi şəkildə qidalandırılması üçün məhkəməyə müraciət edərək icazə almalıdır. Məhkəmə icazə verəcəyi halda, məhbuslar öz iradələrinin əksinə olaraq qidalandırılacaqlar.
Qanun layihəsinə qarşı çıxan ərəb millət vəkili Əhməd Tibi məcburi şəkildə qidalandırılmanın bir işgəncə olduğunu deyib. “Bu qanun öldürür və beynəlxalq normalara zidd hərəkətlərə icazə verir”, - o, söyləyib.
Dünya Səhiyyə Dərnəyinin 1975-ci ildə dərc etdiyi Tokio bəyannaməsinə görə məhbusların məcburi şəkildə qıdalandırılması qadağandır. Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi məruzəçi Juam Mendes də ötən ay Knessetə qanun layihəsinin qəbul olunmaması üçün çağırış etmişdi. O, məcburi şəkildə qidalandırılmanı “zalım, qeyri-insani və və alçaldıcı davranış” adlandırmışdı.
İsrail kəşfiyyatı gizli təhlükəsizlik məlumatlarına istinad edərək “inzibati həbs” adı altında fələstinliləri 1 aydan 6 aya qədər həbsdə saxlaya bilir. Əgər məhbusun İsrailin təhlükəsizliyi üçün təhlükə təşkil etdiyinə dair qənaət əldə olunarsa, hərbi hakim həbs müddətini 5 ilə qədər uzada bilər.
Fələstin Əsirlər Nazirliyinin məlumatına görə, İsrail həbsxanalarında 7 mindən çox fələstinli məhbus var.
Ömər Dağlı
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO