• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Bu qadınlar bütün şəhəri aldatdı

  • Dünya
  • 1 Avqust 2015 14:55
  • 773 Baxış
Bu qadınlar bütün şəhəri aldatdı

Türkiyənin İzmir şəhərində son 1-2 həftədir küçədə qucağında uşaqla gəzən qadınlar peyda olub.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, dilənən qadınların əsas özəllikləri uşaqların üzünü bağlı saxlamalarıdır.

Onlar qucaqlarındakı uşağın üzünü elə bağlayır ki, onlara yaxınlaşanlar belə üzünü görə bilmir. Onların bu qəribə hərəkətləri sakinləri narahat edib və polisə müraciət ediblər.

Polis qadınları yaxalamaq istəyəndə, onlar qucaqlarındakı uşağı yerə atıb qaçıblar.

Uşaqlara yaxınlaşan polis parçaya sarılmış uşaqların oyuncaq olduğunu müəyyən edib. Ötən gün polislər uşağın və öz üzünü gizlədərək dilənçilik edən daha bir qadın aşkarlayıb. 22 yaşlı qadın cərimələnəndən sonra sərbəst buraxılıb.

İzmir polisi insanları bu şəxslərə qarşı diqqətli olmağa və onlara pul verməməyə çağırıb.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR