• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Kremlə amerikalı gəlin gəlir

  • Dünya
  • 1 Avqust 2015 18:57
  • 1 019 Baxış
Kremlə amerikalı gəlin gəlir

Bu gün Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov və gimnast Tatyana Navka evlənir.

Publika.az xəbər verir ki, toyun keçiriləcəyi Soçi şəhərində təhlükəsizlik tədbirləri həyata keçirilir və turistlər üçün şəhərdə hərəkət məhdudlaşdırılıb.

“Exo Moskva”nın xəbərinə görə, yerli bloqqerlər toyun keçiriləcəyi “Rodina” otelinin qarşısında çimərliklərin bağlandığını bildiriblər. Otelə yüzlərlə VİP qonağın gələcəyi xəbər verilir. Onların arasında gimnast Yevgeni Plyuşenko, Aleksey Yaqudin, Roman Kostomarov, müğənni Anna Semyonoviç, prodüser Yana Rudkovskaya, biznes ledi Olqa Slutsker və başqaları da var.

Navka “Tatler”ə müsahibəsində Rusiya prezidenti Vladimir Putini də toya dəvət etdiklərini bildirib. Lakin prezidentin toy məclisdə iştirak edib-etməyəcəyi məlum deyil.

Blogerlərin yazdıqlarına görə, Peskovun evləndiyi xanım tanınmış gimnast olmaqla yanaşı, həm də ABŞ vətəndaşıdır. Gimnastın ikili vətəndaşlığı olması ilə bağlı fikirləri isə özü təkzib edib.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR