Ankarada İŞİD ŞOKU: “İslam Məktəbi”, məscid və bayraqlar
Bizi izləyin

Dünya

Ankarada İŞİD ŞOKU: “İslam Məktəbi”, məscid və bayraqlar

Ötən günlərdə həyata keçirilən İŞİD əməliyyatında xeyli sayda adamın saxlanıldığı Ankara Hacıbayram məhəlləsində yaşananlar şok effekti yaradıb.

Publika.az “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, terror təşkilatının üzvləri məhəllədə yerləşdiyi sığınacaqdan həm məcsid, həm ev, həm də təhsil ocağı kimi istifadə edib.

Nəşrin yazdığına görə, İŞİD üzvlərinin sosial media vasitəsilə paylaşdıqları görüntülər vəziyyətin nə qədər acınacaqlı olduğunu ortaya qoyur. Evdə yaşananlarla İŞİD-in sıralarında yaralandıqdan sonra Hacıbayramdakı ailəsinin yanına qayıdan və bir müddət əvvəl yenidən İŞİD-ə qatılan Taylan Azad Y.-nın sosial şəbəkədəki hesabından tanış olmaq mümkündür.

Sosial şəbəkədə yayılan fotoşəkil və məlumatlara görə, İŞİD-in tərəfdar toplamaq üçün istifadə etdiyi evdə bir müddət əvvələ kimi terror qruplaşmasının bayraqları asılmışdı. Evə İstanbuldakı son əməliyyatda həbs olunan “Əbu Hanzala” kod adlı Halis Bayancukun da tez-tez gəldiyi məlum olur. Onun bu evə son gəlişlərindən birində çəkilən fotoşəkli 20 iyun tarixində “Zekeriya Turki” adı ilə “Facebook”dan paylaşılıb. Eyni hesabdan 14 iyulda “Əbu Hanzala”nın xütbə üçün İstanbula gəldiyi və onun ankaradakılara salam dediyi bildirilir. “Əbu Hanzala”nın tez-tez Ankaraya gələrək xütbə verdiyi, Ankaradakı İŞİD üzvlərinin də İstanbula xütbə dinləmək üçün getdiyi bildirilir.

Sosial şəbəkədəki bir başqa hesab isə mayın 14-də “Uşaqlar məktəbdən qiymət cədvəlini aldılar, əlhəmdulillah” mesajı ilə uşaqların “İslam məktəbi”nə getdiyini və qiymət cədvəlini aldığını bildirib. Qiymət cədvəlindən riyaziyyat və türk dili ilə yanaşı hədis və Quran dərslərinin tədris olunduğu görünür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm