Türk bayrağını tapdalayan PKK-çı öldürüldü – FOTOLAR (18+)
Bizi izləyin

Dünya

Türk bayrağını tapdalayan PKK-çı öldürüldü – FOTOLAR (18+)

Bir neçə gün bundan əvvəl Türkiyə bayrağını tapdalayan PKK-lı cəzasını alıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda PKK hədəflərini bombalaması nəticəsində ölüb.

Sosial şəbəkələrdə onun cəsədinin fotoşəkli yayılıb. Şəkillərdən birinin altında “Bir bax tarixə, türkə baş qaldıranların sonu nə olmuş” ifadəsi yazılıb.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl PKK-lının türk bayrağını tapdalaması görüntüləri sosial şəbəkələrdə yayılıb. Ölkədə sərt reaksiya doğuran şəxsin “Şəhid onbaşı Hamza Yıldırım” adı verilən əməliyyatda öldürüldüyü bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm