“Facebook”un yaradıcısı ata olacaq – FOTO
Bizi izləyin

Dünya

“Facebook”un yaradıcısı ata olacaq – FOTO

“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zükerberq ata olacaq.

Publika.az xəbər verir ki, bu barədə milyarder öz “Facebook” səhifəsində yazıb. Həyat yoldaşı Pristsilla Çanla uşaq gözlədiklərini yazan Zükerberq qızlarının doğulacağından çox sevindiklərini bildirib.

“Sizə əla xəbərimiz var! Biz Pristsila ilə qızımızın doğulmasını gözləyirik. Bununla bizim həyatımızda yeni səhifə açılacaq. Biz bundan sonra dünyanı yaxşıya doğru dəyişmək üçün çalışacağıq”.

Bundan əlavə, Mark bildirib ki, ata olacağını bilmək qəribə duyğudur və insan gələcək haqqında planlar qurmağa başlayır.

Qeyd edək ki, Mark və Pristsilla Çan 2003-cü ildə Harvard Universitetində məzunlar üçün təşkil olunan gecədə tanış olublar. Cütlük 2012-ci ildə nikaha girib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm