Kiyev Krıma yeni status verməyə hazırlaşır
Bizi izləyin

Dünya

Kiyev Krıma yeni status verməyə hazırlaşır

Kiyev Krıma Ukraynanın tərkibində milli-ərazi muxtariyyəti statusunun verilməsi üzrə “Yol xəritəsi”ni hazırlamağı planlaşdırır.

Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Krım tatarlarının Türkiyədə keçirilən Ümumdünya Konqresinin iştirakçılarına yazdığı məktubunda bildirib.

Ukrayna prezidentinin saytında dərc edilən məktubda qeyd olunub ki, Krım barəsində dövlət siyasətinin həyata keçirilməsi ilə məşğul olan idarələr yaradılıb.

Ukrayna prezidenti bu ilin fevralında ölkəsinin heç vaxt yarımada üzərindəki suveren hüquqlarından imtina etməyəcəyini deyib. O, həmçinin Krımda yaşayan insanların hüquqlarını bütün vasitələrlə müdafiə edəcəklərinə söz verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm