• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bəşəriyyət banana həsrət qala bilər

  • Dünya
  • 2 Avqust 2015 00:30
  • 618 Baxış
Bəşəriyyət banana həsrət qala bilər

İnsanlar 50 il əvvəl daha keyfiyyətli bananlar yeyirdilər. Uzun müddət təzə qalan bu bananlar daha dadlı olub və süni yetişdirmə üsulları tələb etməyib, çünki “Qros Mişel” adlanan tamamilə başqa bir sortdan olub. “Qros Mişel” 1965-ci ilə qədər dünyada banan ixracının əsasını təşkil edib.

Bu il “Panama xəstəliyi”, daha dəqiq desək, Mərkəzi Amerikadan başlayıb sürətlə dünya plantasiyalarına yayılan göbələk xəstəliyi səbəbindən həmin banan sortunun kökünün kəsildiyi elan edilib. Yoluxma ocağını aradan qaldırmaq üçün həmin plantasiyaları yandırmaq lazım gəlib.

Nəticədə banan sənayesi alternativ axtarmağa başlayıb və bu alternativi Kavendiş adlı yeni sortda tapıb. Kavendiş keyfiyyət sarıdan axsasa da, xəstəliklərə qarşı xeyli dərəcədə davamlıdır. Bu gün Kavendiş ən universal banan sortudur və piştaxtalarda identik görünür. Çünki bugünkü “dominantın” genetik müxtəlifliyi yoxdur. Kavendiş bütün dünya bağçılarının kommersiya məqsədi ilə yetişdirdikləri monokulturadır.

Amma problem bundadır ki, bu yaxınlarda “Panama xəstəliyi”nin yeni növü aşkar edilib. Bu xəstəlik bir banan ağacından dünyanın qalan bütün plantasiyalarına yayıla bilər. Kommersiya baxımından ən tezsatılan bu meyvənin 50 ildən sonra yenə də kökü kəsilmək təhlükəsi yaranıb.

Xəstəliyin yenidən baş qaldıracağını ehtimal edən fermerlər problemin qarşısını almaq üçün ötən əsrin 80-ci illərindən başlayaraq yeni banan sortları yetişdirməyə cəhd ediblər. Bugünkü xəstəliyin başqa adı var: “tropik irq 4”. Artıq torpaqda inkişaf etdiyi güman edilən “Fusarium” adlı göbələk öz sələfinə çox oxşayır. Külək, su, avadanlıqla yayılan göbələk haqqında ilk məlumat 1990-ci illərdə Malayziyadan gəlib. Xəstəliyi törədən bitkinin “damar sistemi”ni zədələyir, sözün həqiqi mənasında su içməsinə mane olur. Cənub-Şərqi Asiya, Avstraliyada yayılan virus artıq Afrikaya üz tutub.

Qeyd edək ki, Qərbi və Mərkəzi Afrika ölkələrində əkin sahələrinin 50 faizindən çoxu məhz banan plantasiyalarına ayrılıb. Banan afrikalıların çoxunun həyatının əvəzolunmaz komponentidir. Bu virusun Afrika fermerlərinin plantasiyalarına yayılmasının acınacaqlı nəticələri ola bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR