Kürd liderdən sərt reaksiya: “Dərhal bölgəni tərk edin!”
Bizi izləyin

Dünya

Kürd liderdən sərt reaksiya: “Dərhal bölgəni tərk edin!”

Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzani PKK-dan müxtariyyətin ərazisinin tərk etməyi tələb edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Bərzaninin ofisindən verilən açıqlamada bildirilib.

“PKK türk qırıcılarının əməliyyatlarından mülki vətəndaşların zərər görməməsi üçün İraq Kürdistanından çəkilməlidir. PKK vətəndaşların qurban olmaması üçün döyüşü kürd bölgəsindən uzaq saxlamalıdır. Döyüşün davam etməsi ən çox mülki vətəndaşlara zərər verir”, - Bərzaninin adından yayılan açıqlamada deyilir.

Məsud Bərzaninin məsləhətçisi Kifah Mahmud isə açıqlamasında bildirib ki, bölgədə PKK-nın hərbi ünsürləri olmasa, Türkiyə bölgəni bombalamaz. O, həmçinin İraq və Türkiyə hökumətləri arasında türk güclərinin İraqa girməsinə icazə verən bir razılaşmanın olduğunu xatırladıb.

Səddam Hüseyn dövründə imzalanan və hələ də etibarlı olan bu anlaşmaya görə, hər iki ölkənin PKK hücumlarına cavab vermək üçün sərhədi 15 kilometr keçmək hüququ var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm