Makakalar da “özbaşına” gəzintiyə çıxırlar
Bizi izləyin

Dünya

Makakalar da “özbaşına” gəzintiyə çıxırlar

Fövqəladə vəziyyət Olomouts şəhərinin zooparkında baş verib. Hər il meymunların saxlandığı nəhəng volyer açılır, primatlar vəhşi təbiətə yaxın olurlar və zooparka gələnlər ətrafda oynayan canlıların arasında gəzirlər.

Bu günlərdə volyer açılarkən doqquz dişi makakadan dördü dərhal gözlənilməz bir sıçrayış etdilər. Bu hərəkət hərbi xidmət keçmiş bütün kişilərə “özbaşına” gəzinti adı ilə, yəni hərbi hissəni icazə vərəqəsi olmadan tərk etmək kimi məlumdur.

Primatlar mühafizə sisteminin zəif yerini tapmağa nail olublar. Məsələ ondadır ki, volyer zəif elektrik cərəyanının keçdiyi hasarla əhatə edildiyindən zooparkın tarixində heç vaxt meymunlar onu keçməyiblər. Lakin bu dəfə dörd makaka nəinki yüksək intellekt, həm də akrobatik bacarıq nümayiş etdirib. Onlar elektrik cərəyanlı hasarın o tərəfindəki ağaclardan birinin çətirinə tullanmağa, oradan da zooparkın digər hissəsinə keçməyə müvəffəq olublar.

“Makakaların ağacın çətirinə tullanma uzunluğu heyrətamiz idi. Biz volyerin yanında bu ağacdan başqa hamısının ətrafından elektrik keçirmişik. Düşünmüşük ki, meymunlar ona çata bilməzlər. Lakin onlar bunu etdilər. Altı metr uzunluğunda tullanma rekordlar kitabına yazılmağa layiqdir”, - deyə zooparkın mətbuat katibi Karla Brjeçkova qürurla bildirib. Makakaların dördü də cavandır, orta və böyük yaşlı makakalar isə “özbaşına” gəzintiyə cürət etməyiblər.

Yaxın vaxtlarda zooparkın işçiləri makakaların “özbaşına” gəzintisinə kömək etmiş həmin ağacı da “təhlükəsizləşdirəcəklər”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm