• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ukrayna 387 desantçısını itirib

  • Dünya
  • 2 Avqust 2015 22:39
  • 982 Baxış
Ukrayna 387 desantçısını itirib

Ukrayna prezidenti Pyotr Poroşenko Donbas hövzəsində ölən Ukrayna desantçılarının sayını açıqlayıb.

Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı Slavyansk şəhərində çıxışı zamanı ölkənin şərqində keçirilən anti-terror əməliyyatlarında 387 desantçının öldüyünü bildirib.

O, əlavə edib ki, cəsarət və qəhrəmanlığına görə 1089 desantçı müxtəlif dövlət mükafatlarına, o cümlədən 6 desantçı Ukraynanın Qəhrəmanı adına layiq görülüb.

Qeyd edək ki, Ukraynanın hava desant qoşunları beş briqada və bir batalyondan ibarətdir. Ölkədə 2014-cü ilin əvvəlində altı min desantçının olduğu bildirilmişdi.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR