
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarından narazı olan Rusiya AİHM-ə alternativ olaraq Avrasiya İnsan Haqları Məhkəməsi yaratmaq niyyətindədir.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi AİHM-ə alternativ məhkəmənin yaradılması təklifi ilə çıxış edib.
Ədliyyə Nazirliyi AİHM-in Rusiya ilə bağlı qərarların hüquqi deyil, siyasi xarakter daşıdığını açıqlayıb. Təklifin müəllifləri olan nazirliklər mövzunun Rusiya və Çin liderlərinin sentyabr ayında Pekində edəcəyi görüşdə müzakirə olunmasını təklif ediblər.
Ömər Dağlı