PKK-nın Şərqi Anadolu planı: Ermənistandan terrora dəstək
Bizi izləyin

Dünya

PKK-nın Şərqi Anadolu planı: Ermənistandan terrora dəstək

Separatçı terror təşkilatı PKK son günlərdə Şərqi Anadoluda terror aktlarını artırıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terror təşkilatı Ağrı, Qars, İğdır, Ərdəhan vilayətlərində, həmçinin Ərzurumun bir hissəsində kanton bölgə yaratmağa çalışır.

İddiaya görə, PKK adıçəkilən vilayətlərdə kanton bölgəni yaratmaqla Ermənistanın dəstəyini təmin etmək, o cümlədən bu ölkədən gələcək hərbi yardımın önünü açmaq istəyir. Qeyd olunur ki, təşkilatın Kandildəki lideri Cəmil Bayıkın ən yaxın adamlarından olan Yusuf Şek terror aktlarının artırılması üçün bölgəyə yerləşdirilir.

Ermənistanda PKK düşərgələrinin olduğunu xatırladan Türkiyə mediası qeyd edir ki, terror təşkilatı İrəvanın dəstəyinə böyük ümid bəsləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm