Jirinovskidən Rusiyanı dirçəltmək üçün əcaib təklif
Bizi izləyin

Dünya

Jirinovskidən Rusiyanı dirçəltmək üçün əcaib təklif

Dərs ilinin başlanmasını uzatmaq Rusiya iqtisadiyyatına xeyir verə bilər.

Axar.az xəbər verir ki, bu sözləri ənənəvi olaraq qeyri-adi çıxışları ilə seçilən RLDP sədri Vladimir Jirinovski deyib. Onun sözlərinə görə, məktəblər oktyabrın birində açılmalıdır: “Niyə biz yayı yükləyirik? Axı istirahət üçün yerlər azdır! Biz yayı uzadırıq və yaxşı istirahətə imkan yaradırıq. Sentyabr dənizin ən isti vaxtıdır, meyvələr yetişir, amma biz vətəndaşlarımızın istirahətinə mane oluruq”, - Rusiya kanalına müsahibəsində Jirinovski deyib.

Dövlət Dumasının üzvü bildirib ki, məktəblərin açılmasını oktyabra saxlamaqla insanlara sentyabr ayında da istirahətə pul xərcləməyə imkan yaratmaq lazımdır: “Belədə iqtisadiyyat əlavə gəlir əldə edir, vergilər çoxalır”.

Onun sözlərinə görə, bu, heç də yay tətilinin uzadılması demək deyil: “Dərsi iyun-iyula da uzatmaq olar, avqustda isə tələbələr təcrübə keçər, sentyabrda yollanarlar tətilə”. Jirinovski millət vəkillərinin də işə sentyabrda deyil, oktyabrda başlamasının daha məqsədəuyğun olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm