Putin və Ərdoğanın görüşü təxirə salındı: “Türk axını” dəfn olunur
Bizi izləyin

Dünya

Putin və Ərdoğanın görüşü təxirə salındı: “Türk axını” dəfn olunur

Rusiya və Türkiyə prezidentləri “Türk axını” üzrə danışıqları payızın sonuna kimi təxirə salıblar.

Publika.az xəbər verir ki, bu barədə “Kommersant” nəşrinin Kremldəki mənbələri bildirib.

Mənbələr bildirib ki, “Türk axını”nın birinci xətti üçün Ankara və Moskva arasındakı danışıqlarda irəliləmə yalnız payızın sonunda mümkün ola bilər. Həmin vaxta kimi isə Türkiyənin yeni hökuməti qurulmalıdır. Prezidentlər Vladimir Putin və Rəcəb Tayyıb Ərdoğanın görüşü də məhz Türkiyədə hökumətin qurulmasından sonrakı dövrə planlaşdırılıb. Baxmayaraq ki, ötən həftənin cümə günü Kremlin mətbuat katibi Dmitri Peskov Putin və Ərdoğanın sentyabr ayında görüşəcəyini bildirib. Ondan bir gün əvvəl isə Rusiya və Türkiyə arasında “Türk axını” boru kəməri ilə bağlı razılığa gəlinmədiyi haqda xəbərlər yayılıb. Liderlərin görüşündə “Türk axını” layihəsi məsələsinin müzakirə ediləcəyi gözlənilsə də, “Kommersant”ın mənbələri Rusiya qazının Avropaya mümkün tranzitinin hazırda danışıqların predmeti olmadığını deyiblər.

Son zamanlar "Türk axını”nın gələcəyi daha da dumanlı görünür. Keçən həftə türk mənbələrinə istinadən “Reuters” agentliyi bildirib ki, "Türk axını" üzrə danışıqlar başa çatdırılıb. Amma Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım və Rusiyanın energetika naziri Aleksandr Novak bu informasiyanı təkzib ediblər.

Rusiya hökuməti və “Qazprom”dakı mənbələrinin sözlərinə görə, danışıqlar iyunun ortalarından de-fakto dayandırılıb. Bunun səbəbinin boru kəmərindəki xətlərin sayı və qazın qiyməti ilə bağlı mübahisələrin olmadığı deyilir. Bildirilir ki, məhz Türkiyədə hökumətin qurulmaması danışıqlar üçün əsas maneədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm