Dünya
Ankarada dəniz var imiş? – İŞİD-ə qoşulmaq istəyən tələbənin səhvi
Rusiyadan İŞİD-ə qoşulmaq üçün Türkiyəyə, oradan da
Suriyaya gedənlərin sayı çoxalıb.
Publika.az xəbər verir ki, Rusiyanın “Kommersant” nəşri son günlər
Türkiyə ilə Suriya sərhədlərində saxlanılanları buna nümunə
gətirir.
Türkiyə xüsusi xidmət orqanları 26 yaşlı dağıstanlını saxlayıb.
Onun adı açıqlanmır. Lakin İŞİD sıralarında döyüşmək üçün getdiyi
məlum olub.
Bu arada “Hürriyet” yazır ki, Dağıstanda hüquq fakültəsinin 26
yaşlı tələbəsini həbs etmək üçün Hatay vilayətinin Reyhanlı
şəhərində MİT əməkdaşları əməliyyat keçirib.
Ötən ay isə Çeçenistan hüquq-mühafizə orqanları İŞİD-in Rusiyadakı
qruplaşmasını həbs etdi. Vaxtilə həmin qrupda olmuş Müslüm Axmaev
isə Türkiyədə saxlanıldı. Onunla birgə Moskva Dövlət
Universitetinin tələbəsi olan Varvara Karalov da həbs olundu. Bu
gənclər Türkiyəyə yola düşəndə valideynlərinə istirahət
edəcəklərini demişdilər. Lakin gənclər Türkiyəyə gedəndən sonra
valideynlərinə mesaj göndərirlər: “Biz Ankarada dəniz sahillərində
dincəlirik”.
Halbuki Türkiyə paytaxtında dəniz yoxdur. Bu coğrafi səhv
valideynləri şübhələndirir və onlar Türkiyəyə gələrək Trabzon
polisinə müraciət edirlər. Gənclər Dağıstan məscidlərinin birində
yarım il radikallarla təmasda olublar və valideynləri onların bəzi
dostlarının Suriyaya gedərək İŞİD-ə qoşulduğunu bilirmişlər.
“Kommersant” yazır ki, Varvara Karalovu türk sərhədçiləri Kilis
şəhəri yaxınlığında həbs etdi. O, 18 nəfərlik qrupun daxilində
Suriya sərhədini qeyri-leqal olaraq keçməyə cəhd edirdi.
Məlumatlara görə, qrupun 13 nəfəri Rusiya, 5 nəfəri isə Azərbaycan
vətəndaşı olub. Onlardan 4-ü kişi, yerdə qalanı isə qadın və
uşaqlar imiş.
Asif Nərimanlı
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom