Kondisionersiz avtomobillə yola çıxmayın
Bizi izləyin

Dünya

Kondisionersiz avtomobillə yola çıxmayın

İsti havada kondisionersiz avtomobillə yola çıxmaq təhlükəli ola bilər.

Publika.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov bildirib. Ekspert bildirib ki, sürücülər kəskin isti havada yola çıxarkən diqqətli olmalıdırlar:

“Belə istidə normal işləyən kondisioneri olmayan avtomobillə yola çıxmaq əsl təhlükədir. Pəncərəni açıq qoyub sürmək də sizi aldatmasın. Belə qızmar havada ən çox qızan yol örtüyüdür, ona görə də açıq pəncərədən içəri yalnız isti və quru hava daxil olur. Nəticədə, insan orqanizmi rütubəti (suyu) daha çox və sürətlə itirir, həm də qızmar hava axını bədən temperaturunu saxlamağı xeyli çətinləşdirir. Qısa müddətə yorğunluq əmələ gəlir, reaksiyalar zəifləyir. Bu isə faciəli qəzalara səbəb ola bilər. Ona görə də kondisionersiz avtomobillə günün isti vaxtı (11.00-19.00 aralığı) yarım saatdan artıq davam edən səyahət təhlükəli ola bilər”.

Ekspertin sözlərinə görə, son günlər ölkə yollarındakı ağır qəzaların kəskin istilərlə birbaşa əlaqəsi var.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm