• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycanlılar Əsədə qarşı müharibəyə başladı

  • Dünya
  • 3 Avqust 2015 20:39
  • 969 Baxış
Azərbaycanlılar Əsədə qarşı müharibəyə başladı

Azərbaycan əsilli türkmanlar Suriyanın şimalındakı Lazkiyə bölgəsində yerləşən Türkman Dağının Bəşər Əsəd ordusundan təmizləmək üçün hücuma keçib.

Publika.az türkman mənbələrinə istinadən xəbər verir ki, səhər saat 5:00-dan başlayan döyüşlər hazırda davam edir.

Döyüşlərə Sultan Əbdülhəmid tuqayı, I sahil tümeni, II sahil tüməni və Ketibetul Mustafa qatılıb. Məlumata görə, türkmanlar Əsəd ordusunun əlində olan Sinan təpəsi, Fırınlıq, Mahmiyyə, 32-ci təpə, 45 və 46-cı təpə adlanan mövqeləri atəş altında saxlayır.

“Əl Cəzirə türk”ə danışan Sultan Əbdülhəmid tuqayının komandiri Ömər Abdulla Kəsəp əməliyyatların Əsəd ordusunun bölgədən çəkilənə qədər davam edəcəyini bildirib.

“Türkmanlar Əsəd bölgədən gedənə qədər öz torpaqlarını müdafiə edəcək”, - deyə komandir bildirib.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR