Aylıq 2 min dollara İŞİD üçün əsgər toplayırdı - FOTO
Bizi izləyin

Dünya

Aylıq 2 min dollara İŞİD üçün əsgər toplayırdı - FOTO

Türkiyə polisinin terrorla mübarizə idarəsi Adana bölgəsində iki gün ərzində keçirdiyi əməliyyat nəticəsində 11-i İŞİD üzvü olan 59 nəfəri həbs edib.

Yereğir qəsəbəsinin Yeşilbağlar məhəlləsində həbs olunan İŞİD-çilərdən H. K ilə M. Ö-nün terror təşkilatına aylıq maaşı 2 min dollar olmaqla əsgər topladığı üzə çıxıb.

Hər iki İŞİD-çi işsiz, narkotik istifadəçisi, fanatik dindar olan qız və oğlanları “öləndən sonra cənnətə gedəcəksiniz” deyə aldadırmış.

Həmçinin, onlar gənclərə Suriyaya keçəndən sonra silahlı qarşıdurmalarda yerli sakinlərin mallarının qənimət olaraq götürə biləcəkləri və hər döyüş üçün ayrıca min dollar pul alacaqlarını deyirmişlər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm