Putinin pələngini vuran şəxslər axtarılır
Bizi izləyin

Dünya

Putinin pələngini vuran şəxslər axtarılır

Rusiyanın Xabarovsk diyarında pələng balasını vuran şəxslər axtarılır.

Publika.az “Ridus” agentliyinə istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazinin ətrafında operativ qrup işləyir.

Məlumata görə, pələng balası prezident Vladimir Putinin heyvanların müdafiəsi üzrə xüsusi layihəsi çərçivəsində mühafizə olunurdu.Ölü pələng balası iyulun 29-da Xabarovsk şəhərindən 8 kilometr aralıdakı Lazo rayonunda veloturistlər tərəfindən aşkar edilib. Təxminən 50 kiloqram çəkisi olan heyvanın cəsədi yolun kənarında idi. Qrup avqustun 1-də əks istiqamətdə hərəkət edən zaman pələng balasının cəsədini orada görməyib. Turistlər Fövqəladə Hallar Nazirliyinin region üzrə idarəsinə müraciət ediblər.

Amur pələngi Rusiyanın Qırmızı Kitabına salınıb və dövlət tərəfindən qorunur. 1998-ci ildən Rusiya hökuməti tərəfindən təsdiq edilmiş “Amur pələnginin saxlanılması” proqramı həyata keçirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm