• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Putinin mətbuat katibinin saat kolleksiyası – FOTOLAR

  • Dünya
  • 4 Avqust 2015 02:15
  • 630 Baxış
Putinin mətbuat katibinin saat kolleksiyası – FOTOLAR

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov toy münasibətilə xanımı Tatyana Navkanın ona hədiyyə etdiyi qiymətli saatdan danışıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Peskov jurnalistlərə ər və arvadın bir-birinə verdiyi hədiyyələrlə korrupsiya arasında əlaqəni axtarmamağı məsləhət görüb.

Mətbuat katibi deyib ki, arvadının verdiyi hədiyyəni toyda taxmaya bilməzdi. “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində fiqurlu konkisürmə üzrə olimpiya çempionu Tatyana Navka təsdiqləyib ki, “Richard Mille” markalı bahalı saatı özü hədiyyə edib: “Mən olimpiya çempionuyam və lap çox işləyirəm. Qazandığım pul yaxşı hədiyyəni almağa imkan verir”, - Navka deyib.

O, həmçinin vurğulayıb ki, saatın qiyməti bloggerlər tərəfindən şişirdilib və səsləndirilən rəqəm həqiqətə uyğun deyil.

Avqustun 1-də keçirilən toydan bir gün sonra bloggerlər ictimaiyyətin diqqətini Peskovun saatına yönəldiblər. Müxalifətçi Aleksey Navalnının sözlərinə görə, Korrupsiya ilə Mübarizə Fondunun əməkdaşları “RM 52-01” modeli olan saatın 620 min dollar (38 milyon rubl) qiymətinin olduğunu aydınlaşdırıblar. Bu modeldən cəmi 30 ədəd saatın istehsal olunduğu bildirilir.

Prezidentin mətbuat katibi vurğuladı ki, o, üçün bu cür saat almaq gücündə deyil.

Aleksey Navalnı isə özünə aid bloqunda “Bunların hamısını Navka hədiyyə etdi?” başlıqlı yazısında Dmitri Peskovun natamam saat kolleksiyasını təqdim edib.

“Dövlət qulluqçusu saatların bu cür kolleksiyasına malik ola bilərmi? Vətəndaşlarının 17 faizi yoxsul, 23 faizi isə ifrat dərəcədə yoxsul olan ölkənin məmuru üçün bu etikdirmi? Əgər bu saatlar hədiyyələrdirsə, o halda onları kim və hansı xidmətlərin qarşılığında edib? Niyə dövlət qulluqçuları üçün üç min rubldan yuxarı hədiyyələrin alınması barədə qadağa pozulur? Bütün bu suallara cəmiyyət cavab almalıdır”, - rusiyalı müxalifətçi yazıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR