İran Türkiyə ilə sərhədini bağladı
Bizi izləyin

Dünya

İran Türkiyə ilə sərhədini bağladı

İran Türkiyə ilə sərhədini bağlayıb.

Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, polis rəisi general Hüseyn Aştari Ali Milli Təhlükəsizlik Şurasının (SNSC) Türkiyə ilə sərhədi müvəqqəti bağladığını açıqlayıb.

Onun sözlərinə görə, qərarın səbəbinin Türkiyədə son 2 həftə baş verən hadisələr olduğu təxmin edilir.

“Səbəbini Ali Milli Təhlükəsizlik Şurasının səlahiyyətlilərindən soruşmalısınız. Amma bu qərarın arxasında Qərb sərhədlərimizdə, xüsusilə Türkiyədə son günlər yaşanan hadisələrin olduğu təxmin edilir”, - polis rəisi deyib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən Şimali İraqda PKK terror təşkilatının düşərgələrinin bombalanmasından sonra təşkilatın liderlərinin bir hissəsinin İrana qaçdığı barədə xəbərlər yayılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm