Ukrayna Baş naziri bilet pulunu cibindən ödədi
Bizi izləyin

Dünya

Ukrayna Baş naziri bilet pulunu cibindən ödədi

Ukrayna Baş naziri Arseni Yatsenukun başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a adi sərnişin xətti ilə yola düşüb və hökumət başçısı bütün xərcləri öz cibindən ödəyib.

Ukrayna Baş naziri Arseni Yatsenukun başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a adi sərnişin xətti ilə yola düşüb və hökumət başçısı bütün xərcləri öz cibindən ödəyib.

Bu barədə Ukrayna Nazirlər Kabinetindən məlumat verilib.

“Nümayəndə heyəti Vaşinqtona adi reys təyyarəsi ilə yola düşüb. Biletlərin ümumi qiyməti 149 min qriven təşkil edib. Vaşinqtona qədər bilet pulunu Yatsenuk öz hesabına ödəyib” deyə məlumatda bildirilib.

Qeyd edək ki, Ukrayna Baş naziri Arseni Yatsenuk martın 12 və 13-də Vaşinqtonda rəsmi səfərdə olacaq. Səfər zamanı baş nazir sabah ABŞ prezidenti Barak Obama ilə görüşəcək. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm