Suriyada “Ceyşu'n-Nasr” ordusu quruldu
Bizi izləyin

Dünya

Suriyada “Ceyşu'n-Nasr” ordusu quruldu

Suriyada Azad Suriya Ordusuna bağlı 16 qrup İdlib və Xama vilayətlərində “Ceyşu'n-Nasr” ordusu adı altında birləşib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Ceyşu'n-Nasr”ın mətbuat xidmətindən verilən yazılı açıqlamada deyilir.

16 qrupdan biri olan “Cebhetu'ş-Şam” briqadasının komandiri Məhəmməd əl-Gabi bildirib ki, “Ceyş'un-Nasr”ın ilk hədəfi Xama şəhərini əlində saxlamaq üçün rejimin qurduğu müdafiə xəttini qırmaqdır. O, “Ceyş'un-Nasr”ın yaradılmasının İdlib və Xama çölündə yerləşən qrupların bir mərkəzdən koordinasiya edilməsi üçün ilk addım olduğunu söyləyib.

Müxalifət liderlərindən olan İbrahim Zeydan Azad Suriya Ordusuna daxil olmayan “Fəth Ordusu” kimi qələbələr qazanmaq istədiyini deyib. Zeydan “Ceyşu'n-Nasr”ın yaradılması ilə Xama çölündə döyüşün istiqamətini dəyişdirəcəklərinə ümid etdiklərini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm