Canavarlar da Avropaya gedir
Bizi izləyin

Dünya

Canavarlar da Avropaya gedir

Avropanın bir sıra ölkələrinin ərazilərində canavarlar praktiki olaraq tam tələf edildikdən 150 il sonra onlar nəinki Mərkəzi və Qərbi Avropanın meşələrinə qayıdıb, hətta sayları da artmağa başlayıb.

Ekspertlər hesab edirlər ki, səbəb təkcə bu yırtıcıların ovuna qadağa qoyulmasında deyil (yalnız müstəsna hallarda icazə verilir), həm də son 20-30 ildə keçmiş sosialist ölkələri ilə sərhədlərin, o cümlədən canavarlar üçün şəffaf olmasındadır. Canavarlar məhz bu ölkələrdən Qərbə yol tapır.

Ov axtarışında böyük məsafələr qət edə bilən bu heyvanlar Avropanın qərb və şimal bölgələrinə istiqamət götürüb. Buradakı meşələr canavarların ovladığı cüyür və vəhşi qabanların məskənidir. “Naturschutzbund Deutschland” ekologiya təşkilatının məlumatına görə, Almaniya meşələrində hazırda ümumi sayı təqribən 300 fərddən ibarət təqribən 30 canavar sürüsü yaşayır. Bəzi kənd rayonlarında canavarların qoyun və keçi sürülərinə, digər xırda kənd təsərrüfatı heyvanlarına hücum edəcəyindən ehtiyat edirlər.

Çexiyada canavar sürüsü qoyun sürüsünə hücum çəkib. Yeri gəlmişkən, belə hallarda qoyunların və digər kənd təsərrüfatı heyvanlarının sahiblərinə kompensasiya verilir. Buna baxmayaraq, canavar ovuna icazə verilmir. Onları yalnız rezin güllələrlə vurmaq olar.

Ekoloqların fikrincə, bu, düzgün addımdır. İnsanlar yarım əsr əvvəl canavarların böyük populyasiyasını məhv ediblər. İndi məqsəd insan ilə vəhşi təbiət arasındakı təhlükəsiz müvazinəti qoruyub saxlamaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm