Misir qədim skeleti Belçikadan geri alır
Bizi izləyin

Dünya

Misir qədim skeleti Belçikadan geri alır

Misir Belçikadan miladdan 35 min il əvvələ aid "nəhəng insan skeletini" geri alır.

Publika.az xəbər verir ki, qədim insan skeletinin qaytarılması prosesi səfir İhab Fauzi və bu ölkənin Abidələr Nazirliyinin əməkdaşlarının iştirakı ilə həyata keçiriləcək.

Səfirliyin bəyanatında qeyd edilir ki, həmin skelet Misirin Suhac vilayətinin ərazisində ötən əsrin səksəninci illərində Belçikanın Löven Universitetinin ekspedisiya qrupu tərəfindən aşkar edilib. Ekspedisiya qrupu skeleti bərpa etmək və araşdırmaq məqsədilə Belçikaya aparıb. Skelet bəşər cinsinin inkişafının öyrənilməsində böyük əhəmiyyətə malikdir.

Misir rəhbərliyi 30 iyun inqilabından sonra ölkəsinin xaricdəki sərvətlərinin geri qaytarılmasında israrlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm