Öldürülən müxalifət liderinin qızına 1 milyon dollar verildi
Bizi izləyin

Dünya

Öldürülən müxalifət liderinin qızına 1 milyon dollar verildi

Rusiyada öldürülən müxalif siyasətçi Boris Nemtsovun qızı 1.1 milyon dollar mükafat alıb.

Publika.az xəbər verir ki, o, insan haqları və demokratiyanı dəstəklədiyi üçün bu mükafata layiq görülüb. 31 yaşlı Janna Nemtsovaya Lech Walesa həmrəylik mükafatını Varşavada təşkil olunan mərasimdə Polşanın prezidenti Bronislav Komorovski və mükafat komitəsinin rəhbəri təqdim edib.

Həmrəylik mükafatı Polşanın xarici işlər naziri təsis edib.

Janna Nemtsova bu ilin fevralında atası Boris Nemtsovun Kreml yaxınlığında öldürlüməsindən sonra ölkəni tərk edib. İndi o Deutsche Welle-nin rus dilli xidmətində çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm