Kadırov qadınlar üçün çimərlik açdı
Bizi izləyin

Dünya

Kadırov qadınlar üçün çimərlik açdı

Çeçenistan Respublikasında qadınlar üçün ilk çimərlik fəaliyyətə başlayıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, çimərlik “Qroznı dənizi”nin sahilində yerləşir.

Çimərlikdə xidmət edən personal tamamilə qadınlardan ibarətdir. Qadınlardan əlavə yaşı 12-dən az olan oğlanlara da çimərliyə daxil olmağa icazə verilir.

Hasarlanmış ərazidə həmçinin kafe, tibb məntəqəsi və ibadət otağı var. Çimərlik üçün qum Xəzər dənizinin sahilindən aparılıb. Ərazidə beş min qadın istirahət edə bilər.

Respublikanın başçısı Ramzan Kadırovun məlumatına görə, “Qroznı dənizi” layihəsi bir neçə mehmanxana, üzən restoran, rəngli-musiqili fəvvarə və başqa obyektlərin tikintisini nəzərdə tutur. Qeyd edilir ki, layihə Rusiyanın turizm və gənclər mərkəzlərindən birinə çevrilməsi üzrə böyük investisiya planının bir hissəsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm