İŞİD-in yeni qiymət cədvəli – VİDEO
Bizi izləyin

Dünya

İŞİD-in yeni qiymət cədvəli – VİDEO

İŞİD terror təşkilatı əsir götürdüyü qadın və uşaqların qiymət cədvəlini hazırlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin cinsi zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi Zeynəb Banqura bildirib.

BMT-nin xüsusi nümayəndəsi 1-9 yaşlarındakı uşaqların təxminən 165 dollara satıldığını açıqlayıb. Zeynəb Banqura aprel ayında İraqa etdiyi səfəri zamanı qiymət cədvəlinin də içində olduğu kitabçasının bir surətinin əlinə keçdiyini deyib. O, İŞİD-in yaşı az olan uşaqlardan daha yüksək gəlir götürdüyünü deyib. Banqura müqayisə üçün bildirib ki, 11-16 yaşlarında olan uşaqlar 124 dollara, 20 yaşından böyük qadınlar isə daha aşağı qiymətə satılır.

Xüsusi nümayəndə əlinə keçdiyi sənədlərin İŞİD-ə aid olduğunu və gerçək alqı-satqı əməliyyatlarını əks etdirdiyini qeyd edib.

Zeynəb Banquranın sözlərinə görə, İŞİD qız uşaqlarının neft kimi qapı-qapı dolaşaraq satır: “Bir qız uşağı 5-6 kişiyə eyni vaxtda satıla bilər. İŞİD üzvləri qızlarını geri almaq istəyən ailələrdən də minlərlə dollar pul istəyir”.

Əsir götürülən qadınların əvvəlcə təşkilatın liderlərinə satıldığını ifadə edən BMT-nin nümayəndəsi onların daha sonra zəngin şəxslərə satıldığını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm