• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hindistanda qatarlar qəzaya uğradı: 32 ölü - VİDEO

  • Dünya
  • 5 Avqust 2015 10:38
  • 346 Baxış
Hindistanda qatarlar qəzaya uğradı: 32 ölü - VİDEO

Hindistanın Madxya-Pradeş ştatında gecə saatlarında dəhşətli qatar qəzası baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Xarda şəhərindən 25 kilometr aralıda iki qatar körpüdən keçərkən relsdən çıxıb və qatarların bir hissəsi çaya düşüb.

Mumbay-Varanasi marşrutu üzrə hərəkət edən “Kamayani” ekspresindən 6, Cabalper-Mumbay marşrutu üzrə hərəkət edən “Canat” ekspresindən isə 3 vaqonun suya düşdüyü bildirilir. Hadisəyə səbəblərdən biri kimi dəmir yolunun konstruksiyasınin sel nəticəsində suyun altında qalması göstərilir. Relslər əks istiqamətdə hərəkət edən iki qatarın ağırlığını daşıya bilməyib.

Digər bir versiyaya görə, qəzaya yığılmış suyun təzyiqi altında körpünün yaxınlığındakı dambanın dağılması səbəb olub.

Son məlumatlara görə, qəza nəticəsində 32 nəfər ölüb, 5 nəfər itkin düşüb, 40 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Xilasedicilər 300-dən çox insanı təxliyyə ediblər.

Ömər Dağlı



Xəbər lenti

DAHA ÇOX XƏBƏR