PKK təşvişdə: F-16-lar “ağıllı bombalar”ı yağdırır
Bizi izləyin

Dünya

PKK təşvişdə: F-16-lar “ağıllı bombalar”ı yağdırır

Türkiyə Silahlı Qüvvələrinin F-16 qırıcıları PKK terror təşkilatının Dağlıcadakı hərbi hissəyə hücumundan sonra növbəti dəfə havaya qalxdılar.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qırıcılar terror təşkilatının hədəflərinə ağır zərbələr endirib.

Xatırladaq ki, terrorçular dünən yerli vaxtla saat 08.00 və 11.25 radələrində Dağlıca hərbi hissəsinə iki dəfə hücum ediblər. Hərbçilərin cavab atəşindən sonra terrorçular ərazidən qaçmağa məcbur olublar. Terrorçuların atdığı güllələrdən biri Dağlıca kəndində 6 yaşlı qızı ayağından yaralayıb.

Agentliyin yazdığına görə, F-16-lar (GBU-12) “ağıllı bombalar”dan istifadə etməklə terrorçuların hədəflərini məhv edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm