Netanyahu Amerika yəhudilərini üsyana çağırdı
Bizi izləyin

Dünya

Netanyahu Amerika yəhudilərini üsyana çağırdı

“İranın nüvə proqramı üzrə Vyana razılaşması atom bombasının yaradılması üçün İranın yolunu açacaq”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu Şimali Amerikanın yəhudi federasiyaları ilə video konfrans zamanı deyib.

“İranla saziş atom bombasının yaradılmasının qarşısını almayacaq. Saziş yalnız İranın atom bombasına gedən yolunu açacaq. Bütün dünyada terror aktları və onların qurbanlarının sayının artımı Vyana sazişinin nəticəsi olacaq. Bu çox təhlükəli sazişdir və bizim hamınızı təhdid edir”, - Netanyahu bildirib.

İsrailin baş naziri Amerika yəhudilərini “pis saziş”ə qarşı mübarizə aparmağa çağırıb. O, “sazişin rəqibləri diplomatiya üçün deyil, hərbi əməliyyatlar üçün çıxış edirlər” deyən ABŞ prezidenti Barak Obamanın sözlərini “mütləq yalan” adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm