PKK terrorunda yeni hədəf: neft quyusuna hücum etdilər
Bizi izləyin

Dünya

PKK terrorunda yeni hədəf: neft quyusuna hücum etdilər

PKK terror təşkilatı Türkiyənin Diyarbəkr vilayətinin Silvan mahalında özəl şirkətə aid neft quyusu stansiyasına hücum edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, terrorçular işçiləri ərazidən uzadlaşdırdıqdan sonra neft quyusu, generatorların yerləşdiyi obyekti və işçilərin qaldığı konteyneri atəşə tutublar.

Konteyner və generatorların olduğu obyekt tamamilə yararsız vəziyyətə düşüb. Hadisə yerinə gələn yanğınsöndürənlər neft quyusunda baş verən yanğını söndürüblər.

Təhlükəsizlik gücləri qaçan terrorçuların tutulması üçün əməliyyata başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm