Görünməmiş qaçaqmalçılıq: T-34 tankı sərhəddə tutuldu
Bizi izləyin

Dünya

Görünməmiş qaçaqmalçılıq: T-34 tankı sərhəddə tutuldu

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları 1945-ci il istehsalı olan T-34 tankının Qazaxıstana qeyri-leqal ixracının qarşısını alıblar.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.

"Tank dəmiryolu ilə aparılırdı. Tankın silah hissəsi döyüş vəziyyətindən çıxarılmışdı", - məlumatda bildirilib. Onun mədəni dəyər olduğu və qiymətinin təxminən iki milyon rubl (təxminən 30,5 min dollar) olduğu qeyd edilib.

Fakt üzrə Rusiya Cinayət Məcəlləsinin 226-cı maddəsi ilə (“mədəni dəyərlərin qaçaqmalçılığı”) cinayət işi qaldırılıb.

T-34 sovet tankından Böyük Vətən Müharibələri dövründə fəal istifadə olunub. Tank 1944-cü ildə silahlanmaya qəbul edilib. T-34 müharibədən sonra 40-dan çox ölkənin silahlanmasına daxildir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm