• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Böyük müharibəyə sayılı günlər qaldı: 200 ABŞ təyyarəsi Türkiyəyə gəlir

  • Dünya
  • 5 Avqust 2015 23:12
  • 4 601 Baxış
Böyük müharibəyə sayılı günlər qaldı: 200 ABŞ təyyarəsi Türkiyəyə gəlir

Türkiyə və ABŞ arasında təxminən 10 ay davam edən və iyul ayında Türkiyə hökuməti tərəfindən son şəkil verilən razılaşma çərçivəsində konkret addımlar atılmağa başlanılıb.

Publika.az xəbər verir ki, ABŞ və Türkiyə ilk addım olaraq İŞİD terror təşkilatının Türkiyə sərhədlərindən uzaqlaşdırılması qərarına gəlib.

Bu, Suriyanın şimalında “təmizlənmiş bölgə”nin yaradılması anlamına gəlir. Təmizlənmiş bölgənin isə Suriyanın mülayim müxalifətinin nəzarətinə verilməsi və koalisiya təyyarələrindən müxalifət gücləri üüçn “hava qalxanı”nın yaradılması planlaşdırılır. Artıq bu istiqamətdə ötən həftə ilk addımlar atılıb. Koalisiya təyyarələri Suriyanın Azez şəhərində “Əl-Nüsra” Cəbhəsi ilə qarşıdurmaya girən mülayim müxalifətə havadan dəstək verib. İŞİD-dən təmizlənmiş bölgəyə Türkiyəyə sığınan suriyalı qaçqınların yerləşdirilməsi də nəzərdə tutulur.

Əməliyyatda İncirlik bazasından istifadə üçün hazırlıqlar başlayıb. Bazadan artıq pilotsuz təyyarələr üçün istifadə etməyə başlanılsa da, bazadan hərtərəfli istifadə ABŞ hərbi hava qüvvələrinin Türkiyəyə gəlməsindən sonra mümkün olacaq. Məlumata görə, bu həftə 200-dən çox ABŞ hərbi təyyarəsinin İncirlik bazasına gəlməsi gözlənilir. ABŞ hərbi qüvvələri və hərbi təchizatın İncirliyə gətirilməsindən dərhal sonra “İŞİD-dən təmizlənilmiş bölgə”nin yaradılması üçün əməliyyatlar başlayacaq. İngiltərə və Fransanın da aralarında olduğu koalisiya ölkələri əməliyyatlara dəstək verəcək.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən verilən açıqlamaya görə, ilk silahlı pilotsuz təyyarələr İncirlik bazasından qalxıb. Pentaqonun sözçüsü Jeff Devis silahlı pilotsuz təyyarələrin ötən həftə sonu İncirlik bazasından Suriyaya qalxdığını bildirib. Amma Deviz onların hər hansı bir əməliyyatda iştirak etmədiyini vurğulayıb.

Cənub-Şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) 48-ci xarici işlər nazirləri toplantısında iştirak edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və ABŞ-ın yaxın vaxtlarda İŞİD-ə qarşı genişmiqyaslı mübarizəyə başladacağını söyləyib.

“ABŞ ilə əldə etdiyimiz razılaşma ilə bazalarımız, xüsusilə də İncirlik bazasının açılması mövzusunda önəmli məsafə qət etdik. Pilotlu və pilotsuz Amerika təyyarələrinin İncirlik bazasına gəlməyə başladığını görürük. Yaxın vaxtlarda İŞİD-ə qarşı birlikdə genişmiqyaslı döyüş başlayacaq”, - xarici işlər naziri deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR