Donetsk müharibəsinin əsas ideoloqunun adı açıqlandı
Bizi izləyin

Dünya

Donetsk müharibəsinin əsas ideoloqunun adı açıqlandı

Ukraynanın hərbi prokuroru Anatoli Matios Donbas hövzəsindəki müharibənin əsas ideoloqunun adını açıqlayıb.

Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, Matiosun fikrincə, müharibənin əsas ideoloqu Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Qerasimovdur.

“Donetsk hövzəsində müharibənin alışdırılması haqqında qərar Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi tərəfindən qəbul edilib. O, müharibənin və hərbi münaqişənin başlanmasının əsas ideoloqudur”, - hərbi prokuror bildirib.

Bundan başqa, Matiosun sözlərinə görə, Rusiyanın ən yüksək hərbi rəhbərliyinin tabelilik iyerarxiyası üzrə lazımı sübutedici bazanın toplanması üçün araşdırmalar davam edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm