SOS: “Ölüm meşəsi”ndə intihar edənlər artır – FOTOLAR
Bizi izləyin

Dünya

SOS: “Ölüm meşəsi”ndə intihar edənlər artır – FOTOLAR

Yaponiyada lənətlənmiş ərazi sayılan Aokiqaxarada intihar edənlərin sayının ildən-ilə artması bu ölkənin rəsmilərinin narahatlığına səbəb olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Honsü adasında, Fudzi dağlarının ətəyində yerləşən Aokiqaxarada canına qəsd edənlər durmadan çoxalır. Əgər əvvəllər burda il ərzində 80-100 nəfər canına qəsd edirdisə, indi bu rəqəm xeyli çoxalıb.

Müvafiq qurumların rəsmiləri adanın müxtəlif yerlərində “Həyat qiymətsizdir. Canınıza qəsd etməyin, sizi dünyaya valideynləriniz gətirib” – elanlarını yazıb yapışdırsalar da, bunun fayda vermədiyi göz qabağındadır.

Bir sıra rejissorlar, yazıçılar öz əsərləri üçün mövzu tapmaq üçün bura üz tuturlar. Aokiqaxaraya intihar üçün gələnlər həyatdan getmək üçün müxtəlif vasitələrdən istifadə edirlər.

Qeyd edək ki, təkcə 2014-cü ilin statistikasına görə, ötən il gündoğar ölkədə 25374 nəfər canına qəsd edib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm