• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Türkiyədə azərbaycanlı general həbsdən azad edildi - FOTO

  • Dünya
  • 11 Mart 2014 21:36
  • 5 701 Baxış
Türkiyədə azərbaycanlı general həbsdən azad edildi - FOTO

Türkiyə Ağır Cəza Məhkəməsinin qərarı ilə “Ergenekon” iddiası ilə həbs edilmiş təqaüddə olan general, Türkiyə Jandarmasının keçmiş komandiri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) keçmiş həmsədri Vəli Kiçik həbsdən azad edilib.

Ötən gün Vəli Kiçik azadlığa buraxılmadığı üçün məhkəməyə etiraz etsə də, etirazı rədd edilmişdi.

Qeyd edək ki, əslən Azərbaycanın Naxçıvan bölgəsindən olan general-mayor Vəli Kiçik 2008-ci ildə tutulub. Erməni əsilli Türkiyə jürnalisti Hrant Dinkin öldürülməsindən sonra onun vəkilləri Vəli Kiçikin Hrant Dinkə zəng edərək onu hədələdiyini iddia etmişdi. Daha sonra bir tədbirdə qətlin iştirakçılarından olan Yasin Hayalla Vəli Kiçiyin yanaşı addımladığı şəkil ortaya çıxdı. Ən sonra prokurorluq general-mayor Vəli Kiçiki “Ergenekon” iddiası ilə həbs etdi.

Qeyd edək ki, məhkəmə bu gün general-mayor Vəli Kçiklə yanaşı pensiyada olan general-mayor Levent Ersözün də buraxılması barədə tələbi rədd edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR