• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İŞİD şəxsi sosial şəbəkəsini yaradır

  • Dünya
  • 6 Avqust 2015 01:16
  • 401 Baxış
İŞİD şəxsi sosial şəbəkəsini yaradır

Sosial şəbəkələrdə dərc olunan məlumatları və görüntüləri silinən İŞİD terror təşkilatı vəziyyətdən çıxış yolunu tapıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD özünün alternativ sosial şəbəkəsini yaradır.

Terror təşkilatının bu yeniliyi ancaq “Android” cihazlarda tətbiq oluna biləcək. “Twitter”, “Facebook” və “YouTube” kimi platformalardan təbliğatı üçün geniş istifadə edən İŞİD əksər hallarda maneələrlə qarşılaşır. Təsadüfi deyil ki, materialları sosial şəbəkələrdən silinən İŞİD dəfələrlə “Facebook” və “Twitter” rəhbərliyini təhdid edib.

Terror təşkilatı problemi aradan qaldırmaq üçün ötən aylarda “Facebook”a bənzəri bir xidmət təqdim edən “Khalefabook” adlı bir sayt yaratmış, lakin saytın ömrü çox qısa olmuşdu.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR