Növbəti gəmi faciəsi: 700 nəfər bata bilər – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Növbəti gəmi faciəsi: 700 nəfər bata bilər – SON DƏQİQƏ

Aralıq dənizində növbəti gəmi faciəsi baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 700 qeyri-qanuni immiqrant daşıyan gəmi Liviya sahillərində qəzaya uğrayıb.

İtaliya və İrlandiya donanmalarına aid gəmilərin dənizə düşən insanları xilas etməyə çalışdığı xəbər verilir. İrlandiyalı hərbi səlahiyyətlilər suya düşən 150-ə qədər insanın müəyyən edildiyini söyləyiblər.

İtaliyanın sahil təhlükəsizlik xidmətinin səlahiyyətliləri bildiriblər ki, Liviya sahillərindən 15 dəniz mili aralıda qəzaya uğrayan gəmidən yardım çağırışı edilib. Bu çağırışa Siciliya adasındakı sahil təhlükəsizlik qrupları tərəfindən cavab verilib. “Dignity One” və “Le Niam" adlı donanma gəmiləri qəza baş verən əraziyə gediblər. Məlumata görə, gəmidəki bütün immiqrantların eyni anda bir tərəfə toplanması gəminin çevrilməsinə səbəb olub.

Qeyd edək ki, Aralıq dənizi son illərdə immiqrantlar üçün dünyanın ən təhlükəli nöqtələrindən birinə çevrilib. Yalnız bu il Avropaya çatmağa çalışan 2 min immiqrant Aralıq dənizində həyatını itirib. Beynəlxalq Miqrant Təşkilatının açıqladığı məlumata görə, ötən il 3 min 279 nəfər bu sularda dünyasını dəyişib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm