Türkiyə ABŞ-la birgə İŞİD-ə qarşı əməliyyata başlayır
Bizi izləyin

Dünya

Türkiyə ABŞ-la birgə İŞİD-ə qarşı əməliyyata başlayır

Türkiyə və ABŞ-ın yaxın zamanda İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlara başlayacaq.

Publika.az xəbər verir ki,Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bu bəyanatla ABŞ dövlət katibi Con Kerrinin də iştirak etdiyi Malayziya regional sammiti çərçivəsində çıxış edib.

Türkiyə ötən ay ABŞ qüvvələrinin İncirlik hava bazasından istifadə etməsinə razılıq verib.

Suriya ilə şimal sərhədlərinin 100 kilometrlik ərazisində İslam Dövləti qrupundan azad zona yaradılması planlaşdırılır. Türkiyə hökumətinin təkidlərinə baxmayaraq, bura uçuşlara yasaq zona elan edilməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm