Almaniyanın hakimiyyət orqanlarına sərt İTTİHAM
Bizi izləyin

Dünya

Almaniyanın hakimiyyət orqanlarına sərt İTTİHAM

“Frankfurter Allgemeine Zeitung” qəzetinin şərhçisi Raynhard Müller “Əlvida, sirlər” sərlövhəli məqaləsində yazır ki, Almaniya Konstitusiya Məhkəməsi KİV-lərin azadlığını hər vasitə ilə müdafiə edir. Lakin bu, heç də xəyanətə görə məsuliyyəti istisna etmir.

Müəllif yazır: “Terminin özü hiddət doğurur: vətənə xəyanət. Vətən? Bu söz artıq keçmişdə qalıb. Artıq bizdə Avropa İttifaqı, qloballaşma və dünya şəbəkəsi var. Şəbəkədə çoxları dövlətdən pul təmənnası halları istisna olmaqla, dövlət idarələrini düşmən elan edir. Bu cür vətənə xəyanət cinayət sayıla bilərmi? “Böyük qardaşı” ifşa etmək və dövlət sirlərini dərc etmək üçün gələcəkdən bizə təşrif buyuran bloqqerlərə qarşı istintaqa başlamaq olarmı? Bu gün artıq məktəbdəki divar qəzeti də azad mətbuat haqqında qanun tərəfindən müdafiə olunur. Bu gün hər bir adam saysız-hesabsız insanla ünsiyyət saxlaya bilər. Bundan hər bir qondarma bloqqerin mətbuat azadlığına istinad edə biləcəyi barədə nəticə çıxarsaq, onda bu işin aqibətini, məsələn, ifadə verməkdən imtina etməyin və ya təhlükəsizliyə təhdidlərin aradan qaldırılması haqqında qanun üçün nəticələrini də nəzərə almaq lazımdır. Sərhədlər silinir. O halda hər bir vətəndaş, eləcə də bir ovuc jurnalist informasiya azadlığı haqqında qanunlara istinad edə bilər.

Amma bu, dövlət sirlərinin mühafizəsindən tam imtina etmək, ağına-bozuna baxmadan hər şeyin dərcinə icazə vermək demək deyil. Təsəvvür edək ki, terrorizmə qarşı mübarizə taktikası, ekstremistlər haqqında informasiya, müdafiəyə ehtiyacı olan vətəndaşlar barədə məlumatlar, qaçqınlar üçün düşərgələrin planları ictimailəşir. Əlbəttə, hər bir konkret hal ətraflı düşünülməlidir. Nə məxfi informasiyanın tam müdafiəsi mövcuddur, nə də əlinə keçəni dərc etmək hüququ var”.

Müəlliflə razılaşmamaq çətindir. Amma qəribə olan başqa məsələdir: Azərbaycan dövləti qanuni təhqiqat aparanda və qanunu pozan jurnalist və bloqqerləri cəzalandıranda Almaniya KİV-ləri nədənsə hər bir dövlətin milli təhlükəsizliyini təmin etmək hüququ və hətta vəzifəsi barədə susur. Almaniyalı həmkarlar dövlətin addımlarını başa düşmək yerinə Azərbaycanın hakimiyyət orqanlarını tənqid atəşinə tuturlar. Almaniyada indiki qalmaqalın simvolik tərəfi budur ki, indi bu ölkənin hakimiyyət orqanları düşünmədən Azərbaycan hökumətini ittiham etdikləri vəziyyətlə üz-üzə qalıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm