İŞİD 48 saat vaxt verdi, əks halda, edam olunacaq
Bizi izləyin

Dünya

İŞİD 48 saat vaxt verdi, əks halda, edam olunacaq

“İslam dövləti” (İŞİD) terror qruplaşmasının döyüşçüləri internetdə yeni video dərc ediblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, videoda Misir hakimiyyəti tərəfindən iki gün ərzində həbsxanadakı “müsəlman qadınlar”ın azad edilməyəcəyi halda xorvat girovun edam olunacağını bildirilib.

Videoçarxda dizi üstə dayanan və narıncı geyimdə olan kişi göstərilib. Üzü maskalı İŞİD üzvü isə əlində bıçaq onun yanında dayanıb. Otuz yaşlı Tomislav Salopek iddia edir ki, iyulun 22-də İŞİD-in döyüşçülərə əsir düşüb. Onun sözlərinə görə, Qahirə İŞİD tələblərini yerinə yetirməsə 48 saatdan sonra edam ediləcək.

İyun ayında Xorvatiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Salopek soyadlı ölkə vətəndaşlarından biri Qahirədə oğurlanıb. O, Misir paytaxtındakı “CGG Ardiseis” adlı fransız neft-qaz şirkətində işləyirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm