Bəy toy gecəsinin ertəsi gəlini tanımadı
Bizi izləyin

Dünya

Bəy toy gecəsinin ertəsi gəlini tanımadı

Əlcəzair vətəndaşı arvadını ilk dəfə makiyajsız görəndən sonra onu məhkəməyə verib.

Modern. az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, cütlüyün adları açıqlanmasa da, bildirilir ki, toydan sonra səhər əlcəzairli yuxudan ayılıb və arvadının “təbii üzünü” görüb. Məlumata görə, kişi şoka düşərək qarşısındakının bir gün əvvəl evləndiyi qadın olduğuna inanmayıb.

İndi kişi guya arvadını “fırıldaçılığa” və “psixoloji əzaba” görə məhkəməyə verəcək. Bundan əlavə, ər 20 min dollar kompensasiya da tələb edir.

“O deyib ki, toya qədər xanım çox gözəl və cazibəli görünüb”, - yerli mediaya mənbə belə deyib. Mənbənin sözlərinə görə, toydan sonra kişi arvadını kosmetikasız görəndə qorxub və elə bilib ki, oğrudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm