Pikassonun 25 milyon avro dəyərində oğurlanmış əsəri geri qaytarıldı
Bizi izləyin

Dünya

Pikassonun 25 milyon avro dəyərində oğurlanmış əsəri geri qaytarıldı

Dünya şöhrətli ispaniyalı rəssam Pablo Pikassoya aid “Gənc bir qadının başı” (“Head of a young woman”) rəsm tablosunun oğurlanmasının qarşısı alınıb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, İsveçrəyə aparılmaq üçün oğurlanan və 25 milyon avro dəyərində qiymətləndirilən sənət əsəri Fransa Gömrük İdarəsinin əməkdaşları tərəfindən geri qaytarılıb.

İspaniyalı iş adamı Jaime Botinə məxsus olan bu nadir sənət əsəri İspaniyanın milli xəzinələrindən hesab edilir və onun ölkədən kənara çıxarılması ölkə qanunlarına ziddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm